Başçının Müavinləri

Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sara Hüseynova 10 iyul 1978-ci ildə Culfa şəhərində anadan olub. 1995-ci ildə Naxçıvan şəhər 12 nömrəli məktəbi bitirib. 1996-cı ildə Naxçıvan Dövlət Universitetinin Filologiya fakultəsinin Azərbaycan dili və ədəbiyyatı ixtisasını fərqlənmə diplomu ilə bitirib. 2006-cı ildən Culfa şəhər 2 nömrəli tam orta məktəbində müəllim olaraq əmək fəaliyyətinə başlayıb. 2019-cu ildən Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, 3 övladı var.